“Apple” yeni musiqili proqramlar yaradacaq


Digərləri 04 İyn 2019 08:58:00 254 0

“Apple” yeni musiqili proqramlar yaradacaq

"Apple" şirkəti "iTunes"-ın yeni tətbiqlərinin dayandırılması haqda xəbər yayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, şirkət bu haqda "WWDC 2019" konfransında məlumat yayıb.

"iTunes" əvəzinə şirkət "Musiqi", "TV" və diqər tətbiqlər buraxacaq.

Prezentasiyadan öncə şirkət "iTunes"-ın Facebook və Instagram-da olan bütün yazılarını ləğv edib.

Bütün alınmış mahnılar və pleylistlər "Apple Music" mediatekasına yönəldiləcək.