Zuckerberqin vəzifəsində qalması təsdiqləndi


Digərləri 04 İyn 2019 08:59:00 191 0

Zuckerberqin vəzifəsində qalması təsdiqləndi

Son zamanlar bir qrup "Facebook" investorları illik yığıncağın gedişatında CEO Mark Zuckerberqin vəzifəsindən ayrılmasını və direktorlar şurasında səsvermə gücünün azaldılmasını tələb etmişdi.

Son.az chip.az-a istinadən bildirir ki, baş tutan tədbirdə Mark Zuckerberq və "Facebook"un taleyi bəlli oldu. Belə ki, idarə heyətində səsvermə nəticəsində səhmdarların hər iki tələbi rədd edildi. "Change of Change" adlı qeyri-kommersiya təşkilatının rəhbəri Rashad Robinson,qurumun son dövrdə olduqca skandala qarışdığının məlum olduğu amma şirkətin böyüklüyü göz önündə olduğundan bütün yükün Zuckerberqə yüklənə bilməyəcəyini bildirərək təşkilat rəhbərinin yanında yer aldı.

Zuckerberqin şirkət rəhbərliyində gücünü azaltmaq istəyənlərin üstündə Truthum Asset Management dayanırdı. "Trillium" şirkətin Zuckerberq əvəzinə müstəqil CEO tərəfindən idarə olunmasını və Zuckerberqin hər bir hissəsi üçün tək bir səsə sahib olmasını iddia etdi. Cari qaydada Zukerberqin sahib olduğu hər hissə 10 səsə bərabər götürülürdü. Trillium Asset Management şirkətinin "Facebook"da 7 milyon dollar dəyərində səhmlərə sahib olduğu halda hissələrin 60 faizi Mark Zuckerbergə məxsusdur.