Stories Untold həftənin pulsuz oyunu oldu


Digərləri 04 İyn 2019 08:41:00 190 0

Stories Untold həftənin pulsuz oyunu oldu

Oyun janrını tamamilə unikal hala gətirərən eksperimental hekayə tipli macəra oyunu "Stories Untold" 80-ci illəri xatırladaraq nostalji hisslər yaşatmağı planlaşdırır və istifadəçilərə bir-birindən fərqli 4 hekayə seçim variantı təqdim edir.

Son.az chip.az-a istinadən bildirir ki, 2017-ci ildə bazara təqdim olunan və No Code şirkəti tərəfindən hazırlanan Stories Untold oyun həvəskarlarının fərqli təcrübə toplaması üçün unikal ayarlara və texniki özəlliklərə malik hekayələri istifadəçilərin ixtiyarına verir.

Ötən həftə təqdim olunan Epic Mega Sale çərçivəsində Epic Games istifadəçilərə 75% endirim təklif edir. "Epic Games" "Epic Mega Sale" boyunca hər həftə pulsuz yeni bir oyunu pulsuz olaraq təqdim edəcək. 2,99 dollara təklif olunan "Stories Untold" "Epic Mega Sale"də həftənin pulsuz oyunu oldu.

Qeyd edək ki, bu kompaniya bu günün sonuna qədər davam edəcək.