Proqramlaşdırmada ən yüksək maaşları kim alır?


Digərləri 04 İyn 2019 08:46:00 239 0

Proqramlaşdırmada ən yüksək maaşları kim alır?

Stack Overflow saytı bütün dünya üzrə 90.000 tərtibatçının əmək şərtlərini incələyib. Nəticədə məlum olub ki, öz işindən ən çox razı qalanlar aparıcı proqram mühəndisləri (Engineering Manager) və DevOpsmütəxəssisləridir. Həmin şəxslər həmçinin əldə olunan yüksək maaş reytinqində də ilk pillələrdə qərarlaşıblar.

Son.az technote.az-a istinadən bildirir ki, 2019-cu ilin ən yüksək maaş alan tərtibatçıları aşağıdakı kimidir:

1. Aparıcı proqram mühəndisi (Engineering Manager) - ildə 95.000$

2. Sistem stabilliyinin təmin olunması üzrə proqram mühəndisi (Site Reliability Engineer) - ildə 85.000$

3. DevOps mütəxəssis - ildə 71.000$

4. Məlumatlarla iş üzrə proqram mühəndisi (Data Engineer) - ildə 66.000$

5. Data mütəxəssis (Data Scientist) / Machine learning mütəxəssisi - ildə 61.000$

6. Məlumatlar analitiki / Biznes analitik - ildə 59.000$

7. Quraşdırılan cihazlar və tətbiqlər üçün proqram təminatı tərtibatçısı - ildə 57.000$

8. Full-stack tərtibatçı - ildə 57.000$