31yaşlı gənc çoxsaylı bıcaq yaraları aldı


Digərləri 04 İyn 2019 08:48:00 235 0

31yaşlı gənc çoxsaylı bıcaq yaraları aldı

Binəqədidə 31 yaşlı kişi bıçaqlanıb.

Son.az oxu.az-a istinadən bildirir ki, 1988-ci il təvəllüdlü Əliyev Vüqar Şöhrət oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Çoxsaylı bıçaq zərbələri alan yaralı təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyat olunan V.Əliyev reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.