PlayStation Plus iyun ayının pulsuz oyunlarını açıqladı


Digərləri 04 İyn 2019 08:21:00 213 0

PlayStation Plus iyun ayının pulsuz oyunlarını açıqladı

"PlayStation" növbəti həftə "PlayStation Plus" abunəçiləri üçün hansı oyunların pulsuz olaraq yüklənilə biləcəyini elan etdi.

Son.az chip.az-a istinadən bildirir ki,2D platforma oyunu "Sonic Mania və Borderlands :  The Handsome Collection" adlı "Borderlands" paketi oyunçular üçün təqdim olunacaq.

2D platformalı oyun "Sonic Mania PlayStation Plus" abunəçiləri üçün pulsuz olacaq. Son illərin ən populyar "Sonic" oyunlarından biri olan "Mania" seriyanın 25-ci ili üçün xüsusi hazırlanmış bir oyun idi. 2017-ci ildə istifadəyə verilən oyun "Sonic the Hedgehog"un ən diqqət çəkən oyunlardan birinə çevrildi.

Təqdim olunan digər oyun isə: "Borderlands 2 və Borderlands: The Pre-Sequel" oyunlarını  ehtiva edən "Borderlands: The Handsome Collection" adlı paket. "The Handsome Collection" təxminən bir ay bundan öncə 4K qrafik təkmilləşdirmələri ilə tamamilə yeni bir yeniləmə almışdı. Bu isə, buraya oyunçuların əlavə olunmaları üçün uyğun vaxtdır.

"Borderlands: The Handsome Collection" sentyabr ayında çıxacaq "Borderlands 3"dən əvvəl PS Plus istifadəçilər üçün seriyanın keçmişini xatırladan yaddaş bərpa etmək niyyətində oynanıla bilər.