Xırdalanda gənc binadan yıxılıb


Digərləri 04 İyn 2019 08:28:00 234 0

Xırdalanda gənc binadan yıxılıb

Xırdalanda yeniyetmə binadan yıxılaraq xəsarət alıb.

16 yaşlı Rzayev Süleyman İlqar oğlu hündürlükdən yarımçıq tikiliyə yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Son.az oxu.az-a istinadən bildirir ki, ona baş beyinin silkələnməsi, kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağır olan S.Rzayev reanimasiya şöbəsinə yerləşdirilib. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır