Belqradda Azərbaycan və Serbiya XİNləri arasında siyasi məsləhətləşmələr keçirilib FOTO


Siyasət 04 İyn 2019 08:13:00 95 0

Belqradda Azərbaycan və Serbiya XİNləri arasında siyasi məsləhətləşmələr keçirilib  FOTO

İyunun 3-ü Belqradda Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr baş tutub.

Azərbaycanın Serbiyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Serbiya tərəfindən isə Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru Zoran Vuyiç rəhbərlik edib.

Tərəflər iki ölkə arasında dostluq və əməkdaşlıq şəraitində inkişaf edən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin ölkələrimizin tərəqqisi üçün vacib amil olduğunu məmnuniyyətlə qeyd etdilər. Azərbaycanın bilavasitə təşəbbüsü, dəstəyi ilə həyata keçirilən regional, beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri, o cümlədən BTC neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz dəhlizi və onun tərkib hissələri olan TANAP, TAP layihələri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı beynəlxalq dəniz ticarət limanı və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsinin ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı və bu gün artıq beynəlxalq nəqliyyat qovşağına çevrilməsinin bariz nümunəsi olduğu vurğulandı.

Tərəflər Azərbaycan ilə Serbiya arasında dövlət və hökumət başçıları səviyyəsində daimi əsasda davam etdirilən siyasi dialoqun müstəsna rolunu önə çəkdilər. Qeyd olundu ki, bu günədək iki ölkə arasında 31 sənədin imzalanması və bir sıra sazişlərin baxılmaqda olması əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsindən xəbər verir. O cümlədən strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyi bildirilib.

Görüşdə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi, həmçinin Kosovo və Metoxiya məsələsi, bölgədə baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıldı.

Bununla yanaşı, Azərbaycan Respublikası ilə Serbiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti və biznes forumlarının təşkilinin ikitərəfli əməkdaşlığın zəngin potensialından daha səmərəli şəkildə faydalanmağa əlavə təkan verə biləcəyi barədə ümumi fikirlər səsləndirildi.

Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Serbiyanın BMT və digər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və qarşılıqlı dəstək göstərilməsinin perspektivləri müzakirə olundu və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edildi.

Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Daha sonra Azərbaycan nümayəndə heyəti Serbiya parlamentinin sədr müavini Vladimir Marinkoviç ilə görüş keçirdi. Görüşdə ölkələrimizin parlamentləri arasında fəal əməkdaşlığın olduğu, qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığı məmnunluqla ifadə edildi.

Səfər çərçivəsində nümayəndə heyəti Belqrad şəhərində "Taşmaydan parkı"nda ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin heykəlini ziyarət etdi, önünə əklil qoydu və xatirəsini ehtiramla yad etdi. Bundan başqa, nümayəndə heyəti görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini, 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə həsr olunan "Biz sadəcə uşaqlar idik" abidəsini də ziyarət etdi.

Sonra nümayəndə heyəti Serbiyanın Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzini, Səfirliyi və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etdi, Serbiyadakı Azərbaycan icması ilə görüşdü.


Xəbərə aid fotolar

Konqoda Ebola virusuna yoluxanların sayı 2 mini keçib like
  • 04 İyn 08:12  
Digərləri Konqoda Ebola virusuna yoluxanların sayı 2 mini keçib

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 2 mini keç

arrow Ətraflı
Redmi K20 Pronun yeni versiyası yayımlandı like
  • 04 İyn 08:11  
Digərləri Redmi K20 Pronun yeni versiyası yayımlandı

"Redmi"nin son modeli "K20 Pro"nun 12GB RAM versiyası Çin

arrow Ətraflı
Qafqaz zubrlarının Azərbaycana reintroduksiyası ilə bağlı seminarlar keçirilib  FOTO like
  • 04 İyn 08:08  
Digərləri Qafqaz zubrlarının Azərbaycana reintroduksiyası ilə bağlı seminarlar keçirilib FOTO

29 may - 1 iyun tarixlərində IDEA İctimai Birliyi, Azərbaycan Respublikası

arrow Ətraflı
iPhone XR 2019 modelinin hansı rənglərdə olacağı məlum oldu like
  • 04 İyn 08:05  
Digərləri iPhone XR 2019 modelinin hansı rənglərdə olacağı məlum oldu

Bu yaxınlarda "iPhone XR" modellərinin dizayn görüntüləri ortaya

arrow Ətraflı
Tramp dünyada iqtisadi sabitliyinin qorunması şərtilə "Brexit"i dəstəkləyir like
  • 04 İyn 08:03  
Dünya Tramp dünyada iqtisadi sabitliyinin qorunması şərtilə "Brexit"i dəstəkləyir

ABŞ prezidenti Donald Tramp dünyada iqtisadi və maliyyə sabitliyinin qorunma

arrow Ətraflı
Bərdə sakini həmyerlisi tərəfindən bıçaqlandı like
  • 04 İyn 08:02  
Digərləri Bərdə sakini həmyerlisi tərəfindən bıçaqlandı

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Hyundai ikimərtəbəli elektrik avtobusu hazırlayıb like
  • 04 İyn 08:01  
Digərləri Hyundai ikimərtəbəli elektrik avtobusu hazırlayıb

"Hyundai" şirkətinin mühəndisləri son 18 ayda elektrik sərnişin

arrow Ətraflı
Smartfonlar bazarının həcmi 3 il ardıcıl azalacaq like
  • 04 İyn 07:51  
Digərləri Smartfonlar bazarının həcmi 3 il ardıcıl azalacaq

2019-cu ildə qlobal smartfon bazarının həcmi 1,9% azalacaq. Bu haqda "I

arrow Ətraflı
İstanbulda irimiqyaslı mitinqlər keçiriləcək like
  • 04 İyn 07:45  
Dünya İstanbulda irimiqyaslı mitinqlər keçiriləcək

Türkiyənin İstabul şəhərində Prezident Rəcəb Tayyib Ərdoğanın iştir

arrow Ətraflı
Magistraturaya qəbul planında ödənişli yerlərin sayı azaldılıb like
  • 04 İyn 07:45  
Digərləri Magistraturaya qəbul planında ödənişli yerlərin sayı azaldılıb

2019-2020-ci il üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsin

arrow Ətraflı
Robotlar pəncərələrini təmizləyənləri əvəzlədilər like
  • 04 İyn 07:41  
Digərləri Robotlar pəncərələrini təmizləyənləri əvəzlədilər

İsrailin "Skyline Robotics" startapı göydələnlərin pəncərələ

arrow Ətraflı
Daşınan elektronika bazarı böyüyür like
  • 04 İyn 07:31  
Digərləri Daşınan elektronika bazarı böyüyür

"International Data Corporation" (IDC) analitik şirkəti dünya daş

arrow Ətraflı
İtaliyanın baş naziri istefaya gedə bilər like
  • 04 İyn 07:25  
Dünya İtaliyanın baş naziri istefaya gedə bilər

İtaliyanın baş naziri Cuzeppe Konte istefaya getməyə hazırdır.

arrow Ətraflı
Britaniya kəşfiyyatının təklifi qalmaqal yaratdı like
  • 04 İyn 07:21  
Digərləri Britaniya kəşfiyyatının təklifi qalmaqal yaratdı

Qırx yeddi hüquq müdafiə təşkilatı, kibertəhlükəsizlik üzrə ekspertl

arrow Ətraflı