Konqoda Ebola virusuna yoluxanların sayı 2 mini keçib


Digərləri 04 İyn 2019 08:12:00 175 0

Konqoda Ebola virusuna yoluxanların sayı 2 mini keçib

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 2 mini keçib

Bakı. Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 2 mini keçib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "Twitter" səhifəsində deyilir. Məlumatda bildirilir: "Bazar ertəsi, 2019-cu il iyunun 3-ü üçün vəziyyət: ümumilikdə 2008 yoluxma halı, 1914 hal təsdiq edilib, 94-ü mümkün, 1346 nəfər ölüb və 539 nəfər sağalıb".