Bərdə sakini həmyerlisi tərəfindən bıçaqlandı


Digərləri 04 İyn 2019 08:02:00 272 0

Bərdə sakini həmyerlisi tərəfindən bıçaqlandı

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə şəhərin Elçin Əsədov küçəsində qeydə alınıb. Rayon sakini Hüseyn Famil oğlu Daşdəmirov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan yaralının vəziyyətini həkimlər yaralının orta-ağır qiymətləndirir.

Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.