Magistraturaya qəbul planında ödənişli yerlərin sayı azaldılıb


Digərləri 04 İyn 2019 07:45:00 250 0

Magistraturaya qəbul planında ödənişli yerlərin sayı azaldılıb

2019-2020-ci il üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında dövlət sifarişli yerlərin sayı artırılıb

Bakı. İlhamə İsabalayeva - 2019-2020-ci il üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında dövlət sifarişli yerlərin sayı artırılıb. Bunu Trend-ə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib. Onun sözlərinə görə, cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu planı ötən ilə nisbətən təxminən eyni səviyyədə qalsa da, dövlət sifarişi ilə qəbul planı artırılıb. Bu il dövlət sifarişli plan yerlərinin sayı ötən illə müqayisədə 24,5% artaraq 3197 nəfər təşkil edib.