Daşınan elektronika bazarı böyüyür


Digərləri 04 İyn 2019 07:31:00 244 0

Daşınan elektronika bazarı böyüyür

"International Data Corporation" (IDC) analitik şirkəti dünya daşınan elektronika bazarı üzrə tədqiqatın nəticələrini açıqlayıb. Hesabata görə, 2019-cu ilin birinci rübündə 49,6 milyon belə qurğu buraxılıb ki, bu da ötənilki göstəricini 55,2 faiz üstələyir.

Son.az ICTnews-a istinadən bildirir ki, biləyə taxılan qurğuların daşınan elektronikanın tədarükündə payı 63,2 faiz təşkil edib. Lakin 135,1 faizə bərabər ən böyük artımı qulağa taxılan məhsullar seqmenti nümayiş etdirib. Onun yanvar-martda payı 34,6 faiz olub.

2019-cu ilin birinci yarısının yekunları üzrə biləyə taxılan qurğuların, o cümlədən "ağıllı" saat və fitnes bilərziklərin qlobal tədarükü 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,6 faiz artıb.

2019-cu ildə 90 milyon "ağıllı" saat buraxılacağı, 2023-cü ildə isə tədarük həcminin 131 milyonu ötəcəyi gözlənilir. Hesabat dövründə pay göstəricisinin 45,6 faizdən 47,1 faizədək yüksələcəyi ehtimal olunur.