Ən kiçikölçülü displey yaradılıb


Digərləri 04 İyn 2019 07:11:00 234 0

Ən kiçikölçülü displey yaradılıb

"Mojo Vision" şirkətinin displeyi smartfonun ekranındakı nöqtələrdən 300 dəfə kiçik piksellərdən ibarətdir. Son.az ICTnews-a istinadən bildirir ki, bu displey televizor, smartfon və noutbuklar üçün gələcəyin texnologiyası hesab olunan "microLED" matrisindən istifadə edir. "Mojo Vision" şirkəti tərəfindən təqdim edilmiş prototipin ölçüsü 0,48 mm təşkil edir: ona mikroskop vasitəsilə baxmaq lazımdır. Buna baxmayaraq, displey rəngli və dinamik təsviri göstərə bilir.

Yeni texnologiya piksellərin rekord sıxlığına nail olmağa imkan verib. Müqayisə üçün, "Mojo Vision" şirkətinin ekranında piksellərin sıxlığı 14000 ppi, "iPhone XS" smartfonunda isə piksellərin sıxlığı 458 ppi təşkil edir.

"Mojo Vision" şirkəti gələcəkdə əlavə edilmiş reallıq şlemləri, şəffaf ekranlar və başqa bu cür texnologiyalar üçün sözügedən texnologiyadan istifadəni planlaşdırır.