Azərbaycan nefti ucuzlaşır


Digərləri 03 İyn 2019 23:30:00 203 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 67,09 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 67,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,66 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,61 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,69 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 2,58 dollar/barel azdır.