Limfadenit limfa düyünlərinin "üsyanı" Səbəblər, əlamətlər, müalicə


Digərləri 03 İyn 2019 23:21:00 545 0

Limfadenit  limfa düyünlərinin "üsyanı"  Səbəblər, əlamətlər, müalicə

Limfadenit adından da göründüyü kimi limfa düyünləri ilə əlaqəli olub, hazırda dünyada və Azərbaycanda çox geniş yayılmış, daha  çox uşaq, yeniyetmə və gənclərdə rast gəlinən xəstəlikdir. Xəstəliyin kökündə limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. 

Əhali arasında limfaların şişməsi çox yayılsa da, bəzən bu xəstəlik öz-özünə keçib getdiyindən həkimə müraciətlər az olur.

Son.az medicina.az-a istinadən çox xəstələri qorxudan, leykoz və onkologiyaya şübhə yaradan limfodenit barədə məlumatı təqdim edir:

Limfadenitin 2 növü var: kataral və irinli.

Kataral forma sadəcə limfa düyünü böyüməsidir, irinli forma isə onun irinlə dolmasıdır. Məhz irinli forma xəstə üçün ağır nəticələnir.  Adətən bu xəstəliyi ikincili hesab edirlər. Əvvəlcə orqanizmdə hər hansı orqan və sistemdə infeksion - iltihabi ocaq olur, ordan virus və bakteriyalar limfa düyünlərinə düşür. Ona görə həkimlər hansı nahiyədə limfa düyünləri şişibsə, o nahiyələrdə iltihab izi axtarır. Limfalar daha çox boyun, çənə, qasıq, qolaltı nahiyədə şişir.

Xəstəliyin törədicisi streptokokk və ya stafilakokk olur. 

Əlamətləri:

-Yerli iltihab əlamətləri: düyün və ətrafının şişkinliyi, gözlə və əllə baxdıqda limfanın böyüməsi, bəzən ağrı -Ümumi intoksikasiya əlamətləri: halsızlıq, iştahsızlıq, ürəkbulanma, qızdırma

Səbəblər:

-İmmunitetin çox düşməzi -Bədənin soyuması, donma -Həddən artıq yorğunluq -Zərərli vərdişlər -Xroniki iltihabi xəstəliklər -Yara, xora, osteomiolit -Diş və boğaz problemləri