Brüsseldə musiqiçilər metroda çıxış etmək üçün hökmən müsabiqədən keçməlidirlər


Digərləri 03 İyn 2019 23:30:00 254 0

Brüsseldə musiqiçilər metroda çıxış etmək üçün hökmən müsabiqədən keçməlidirlər

Brüsselin Şəhər Nəqliyyatı Departamenti metroda (həm vaqonlarda, həm də platformalarda) və yeraltı keçidlərdə çıxış etmək hüququna iddia edən musiqiçilərin dinləmələrini keçirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, lisenziyalar yalnız peşəkar münsiflər heyəti üzvlərindən yüksək bal alan musiqiçilərə veriləcək. Departamentdə bildiriblər ki, bundan məqsəd metro ərazisində ifaçılıq standartlarının yüksək səviyyədə dəstəklənməsidir.

Qeyd etmək lazımdır ki, müsabiqə kifayət qədər ciddi olacaq: bir yer üçün təqribən 40 namizəd iddialıdır.