Dünyada ilk plastik əməliyyatın tarixi Çənəsi parçalanmış əsgərin VİDEOsu


Digərləri 03 İyn 2019 23:09:00 214 0

Dünyada ilk plastik əməliyyatın tarixi  Çənəsi parçalanmış əsgərin VİDEOsu

Dünyada ilk estetik əməliyyat hələ 1916-cı ildə baş tutub. 

Son.az medicina.az-a istinadən bildirir ki, I Dünya müharibəsində mərmi partlamasından çənəsi, ağzı parçalanan  Villi Vikari adlı matrosu hərbi cərrah Harold Gillis əməliyyat edir.

31 may 1916-cı ildə yaralanan matrosu cərrah o dövr üçün hələ az tətbiq olunan "volkinq stalk skin flap" metodundan istifadə edir.

O, yaralının sinəsi və kürəyindən dəri götürərək çənəyə tikir. Nəticədə Villinin öz toxumasından çənə əti inkişaf edir və ağzı saxlayır. O dövr üçün bu möcüzə idi. Həkim necə olursa infeksiyalardan da yan qaça bilir. Hansı ki, o dövrdə antibiotik və ağrıkəsici yox idi.

1920 - ci ilə kimi Villinin üzü demək olar, normal insan simasına bənzəyir və o sağalır. Lakin o müalicə ərəfəsində psixoloji sarsıntıdan və ağrılardan qurtulmaq üçün narkotikə qurşanır, morfisiz dayana bilmir.

Sonradan onun taleyi barədə məlumat yoxdur. Lakin əsgəri əməliyyat edən cərrah hələ uzun illər yaşayaraq, 1951-ci ildə kişi cinsiyyət orqanını qadına köçürməklə daha da məşhurlaşır.