"Uşaqlardan öyrənəcəyimiz çox şey var" Mənim balam FOTO


Digərləri 03 İyn 2019 22:59:00 208 0

"Uşaqlardan öyrənəcəyimiz çox şey var"  Mənim balam  FOTO

Vüsalə Ağayeva: Qızımı böyüdərkən, elə onun özündən məsləhətlər alıram 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Onların fərqli bir dünyası var. Namiq Ağayev Türkiyədə və Azərbaycanda kifayət qədər nüfuza sahib bir rejissordur, həyat yoldaşı Vüsalə Ağayeva isə aktrisa və teatrşünasdır. Təməli incəsənətlə yoğrulan ailənin 7 yaşlı qızları Ayla isə fərqli dünyagörüşə sahibdir.

V.Ağayeva deyir ki, qızlarını sevgi ilə böyüdürlər. Aylanın yaşının az olmasına baxmayaraq, kuklaları ilə səhnəciklər göstərir, nənəsindən dinlədiyi nağılların sonunu dəyişərək danışır. Vüsalə Ağayeva "Mənim balam" rubrikamızın qonağı oldu və övladının tərbiyə metodikasından danışdı.    - Övladınızı yetişdirərkən ən çox hansı üsuldan yararlanırsınız? Sizin özünüzə məxsus tərbiyə metodunuz varmı?

- Bacardığım qədər Aylanın özü ilə məsləhətləşirəm. Əlbəttə ki, bu metod çox çətindir. Hərdən adamın səbri tükənir. Ancaq istənilən məqamda Ayla ilə məsləhətləşir, onun fikirlərini öyrənməyə çalışıram. Etdiyi hərəkəti izah edirəm və özündən soruşuram ki, "sən mənim yerimdə olsaydın, necə hərəkət edərdin?" Aylaya onu necə görmək istədiyimi, cəmiyyətdə örnək yetişdirmək kimi bir missiyamın olduğunu deyirəm. Bu işdə mənim ən böyük dəstəkçim Aylanın özüdür.

- 7 yaşlı uşağı necə tərbiyə etmək lazım olduğunu özündən soruşduqda, o zaman özünə sərf edən üsulları demirmi?

- Ortada bir məsələ varsa, hər ikimiz fikirlərimizi deyirik və ortaq nəticəyə gəlirik. Aylaya daha çox anam baxır. Uşağa nəyisə məcburi şəkildə etdirmək istəmirəm. Ona "olmaz"ları deyirəm, ancaq bununla kifayətlənmirəm. Nə üçün olmaz, əgər olarsa ona ziyanlı olan tərəflərini izah etməyə çalışıram. O özü səbəblərini anlayandan sonra bilir ki, bu vərdişlər ona xeyir gətirməyəcək.    - Namiq Ağayevin tərbiyə metodikası ilə razılaşırsınızmı?

- O, yaradıcı insandır və hadisələrə bir qədər fərqli yanaşması var. Ona görə Aylanın tərbiyəsini üzərimə götürmüşəm. Namiqin bu səlahiyyətlərini, demək olar ki, əlindən almışıq. O, Ayla ilə dostdur.    - Bəs Namiq Ağayev necə bir atadır?

- Namiq Aylanı çox sevir. Onunla zaman keçirməkdən böyük zövq alır. Onları kənardan izlədikdə, sanki iki uşağın oynamağına baxırsan. Ancaq Aylanın tərbiyəsi ilə bağlı bütün qərarları mən verirəm. Çünki onunla davamlı olaraq mən məşğul oluram. Bütün səlahiyyətləri tam atasının ixtiyarına buraxa bilmərəm. Ümumiyyətlə, ortaq məxrəcə gəlməyə çalışırıq.

- İncəsənət ailəsində doğulan uşaq hansı ab-havada böyüyür?

- Bütün uşaqlar dünyaya gözəl, saf, məsum gəlirlər. Hər uşaq bir şəxsiyyətdir. Onlar doğulduğu gündən etibarən xarakterləri formalaşır. Sadəcə olaraq, biz valideynlərə diqqətli olub onları yönləndirmək düşür. Uşaqlıqdan onların bütün hərəkətlərinə nəzər yetirməliyik ki, övladlarımızın nədə daha çox istedadı olduğunu aşkara çıxaraq. Ancaq uşaqların tam arzularının arxasınca getməyinin də tərəfdarı deyiləm. Bir az nizam-intizam da lazımdır. Aylanın fantaziyası genişdir, özündən nağıllar uydurur, kuklalarla tamaşalar qurur. İzlədiyi animasiya filmlərini mənə danışır, onu analiz edir. Hər dəfə qızımla söhbət edəndə ondan nələrsə öyrənirəm. Dünən məndən soruşur ki, pinqvinlər suyun dərinliyinə enə bilirlərmi? Açığı, onun bu sualına cavab tapa bilmədim. Ancaq o gedib tapır və öyrənir. Deyir ki, mən izlədiyim filmlərdə görmüşəm ki, pinqvinlər suyun dərin qatına enmə imkanına malikdirlər. Mənə dinozavrlar haqqında danışır. Rəsm çəkməyi çox sevir. Mən də uşaq yaşlarımda rəsm çəkməyi sevirdim. Aylaya baxanda öz uşaqlığım yadıma düşür. Hətta qızımdan ilham alıb, yeni bir animasiya ssenarisi yazmışam. Bizim uşaqlardan öyrənəcəyimiz çox şey var.     - Bəlkə bu, gendən gələn bir şeydir?

- Gen faktorunun da böyük rolu var. Nağıl danışmaq ona Namiqdən gəlir.   - Qızınızın tam arzularının ardınca getməyinin tərəfdarı olmadığını dediniz. Hesab edirsiniz ki, yanlış istiqamətə yön alar?

- Uşağı yönləndirmək lazımdır. Hər nə qədər zəmanə uşağı olsa da, bir çox şeyləri dərk etməyə təcrübəsi imkan vermir. Aylanın yaşı azdır, hələ ki onun qarşısına böyük sədlər qoymaq vaxtı deyil. Böyüdükdə onunla məsləhətləşərək, izah edərək özünün doğru bildiyi yolların əslində elə olmadığını göstərməyə çalışacam. Başa düşmədiyini onsuz da qəbul etməyəcək. Mən onu nəyəsə məcbur etmək istəmirəm. 

- Adətən incəsənətlə məşğul olan valideynlər övladlarının onların davamçısı olmasını  istəmirlər.

- Desəm ki qızımı incəsənət üzrə oxumağa qoymayacağam, bir az böyük səslənər. Əgər aktrisa olmaq istəsə çalışacam ona dəstək olum. Ancaq içimdə onun bu sənətlə məşğul olmasını istəmirəm. Çünki bu, yaradıcı və bir o qədər də çətin sənətdir.

- Ən çox nədə çətinlik çəkirsiniz?


Xəbərə aid fotolar