Bakıda dostunu öldürüb Gürcüstana qaçdı...


Kriminal 03 İyn 2019 22:41:00 237 0

Bakıda dostunu öldürüb Gürcüstana qaçdı...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Əli Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 13 il azadlıqdan məhrum edilib.

İttihama görə, 2017-ci il fevralın 28-də Bakının Bayıl qəsəbəsində 1985-ci il təvəllüdlü Ə.Nağıyev mübahisə zəminində dostu Nail Abdurəhmanovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra Ə.Nağıyev Gürcüstana qaçıb. Bir müddət sonra o, Gürcüstanda saxlanılaraq Bakıya ekstradisiya edilib.