Həyatın mənası itib, nə gülür, nə sevinirsiniz? "Peşəkar yanma" sindromu


Digərləri 03 İyn 2019 22:32:00 256 0

Həyatın mənası itib, nə gülür, nə sevinirsiniz?  "Peşəkar yanma" sindromu

Hazırda bir çox psixoloq və terapevtlərin çox işlətdiyi, dəbdə olan "peşəkar yanma" sindromu artıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəlikləri siyahısına daxil edilmək ərəfəsindədir.

Son.az medicina.az-a istinadən ətrafımızda çox insanların üzləşdiyi bu sindromun səbəb və əlamətlərini təqdim edir. Diqqətlə baxın, əgər sizdə bu əlamətlərdən 3-ü varsa, deməli, artıq yanma prosesindəsiz.

1.Nə sevinc var, nə kədər

Emosional yanma zamanı insan nəinki dərin kədər, qüssə hissindən, həmçinin sevincdən də məhrum olur. Əvvəllər sizi xoşbəxt edən səbəblər, sevimli yer, qəhvə, şokolad, yemək heç bir hiss yaratmır. Siz özgələrinin və özünüzün belə başına gələn pis bir xəbərə, hadisəyə ürəkdən kədərlənmirsiz. Artıq heç nə vecinizə olmur.

2.İştahınız və yuxunuz yoxdur

Sanki daim tox, daim yuxulu gəzirsiz. Uzun müddət bu hala öyrəşdikdən sonra, orqanizm özünü elə aparır ki, sanki ona yuxu və yemək heç lazım deyil. Sanki illər boyu qulluq etmədiyiniz, qayğısına qalmadığınız bədən və can qisasını alır: "Mənə vaxtında yaxşı baxmadın, al payını". Səhər 4 olur, amma oyaqsız. Həkimlər sizə nevroz diaqnozu qoyur. Amma diaqnozunuz bu deyil. Çox yorulsanız da, yatmırsız. "3 saat yatım, bəs edər".

3.Özünə güvən və dəyər sıfıra enib

Hər şeydə özünüzü günahlandırır, deməli mən pisəm düşünürsüz. Bu qədər işlədim, can yandırdım, heç kimə yarımadımsa, bundan sonra nə düzələcək.

4.Problemlərə təslim olursuz

Əvvəllər nəinki doğmaların, hətta yadların belə problemini üstələyib, onun həlli üçün qaçırdız. Artıq o resursunuz bitib. Emosional yanma sizə özünü ələ alıb, iradə göstərmək gücünü əlinizdən alıb. Bu ona bənzəyir ki, bronxitdən öskürən adama yalvarırsan ki, nə olar, öskürmə, sağal. Belə yardım olmur. Sizə iradə yox, artıq yardım lazımdır.

5.Rəhm, mərhəmət hissiniz ölüb

Göz yaşınız belə əvvəlki kimi axmır. Dərdli birinə laqeydsiz. Özünüzə qarşı mərhəmətiniz necə azalıbsa, başqalarının da dərdinə acizlik kimi baxıb, heç nə olmaz, dözər düşünürsünüz.

Kiməsə xeyriyyəçilik etmək isə mənasız gəlir. Çünki bunun əvəzində heç nə əldə etməyəcəyinizi düşünürsüz. Hər kəs dərdini özü çəkməlidir.

Kimlər bu sindroma tutulur?

Bu orqanizm və psixikanın normadan artıq yüklənmədən çökməsi, sönməsindən yaranır. İnsan yaradılanda onun beyni, hüceyrələri, ruhu, psixikası həyatda müəyyən qədər ciddi stresslərə tab gətirməyə proqramlaşdırılıb: bu hər hansı itki, doğmaların itkisi, təbiət hadisəsi, gözlənilməyən bəla və s. Amma elə insanlar var ki, işi, peşəsi, ixtisası bu stresi onlara illərlə, aylarla yaşadır. Ona görə sinir sistemi bu yüklənmədən yanır. Sanki sayğac atır və işıqlar sönür.

-İşi ilə bağlı müxtəlif insanlarla ünsiyyətdə olan, məsələləri həll edənlər -Böyük, çətin məsuliyyəti olanlar -İşində öz zəhməti ilə yüksələnlər -Həftənin 7 günü, 20 saat işinə bağlı olanlar -İşi, olduğu yer ürəyiycə olmayıb, könülsüz çalışanlar -İşində daim yüksəlmək və bunun üçün əlavə kurslar, seminarlar və s. keçənlər -Eləcə də həm işləyib, həm çalışan gənc valideynlər, hansı köməkləri yoxdur