Qonşu ölkədə təhlükəli virus


Dünya 03 İyn 2019 22:35:00 223 0

Qonşu ölkədə təhlükəli virus

Rusiyanın Saratov vilayətində yaz mövsümü başlayandan 500-dən çox şəxs böyrək sindromlu, qanaxmalı qızdırma virusuna yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bugünədək onlardan 333 nəfəri xəstəxanalarda müalicə olunmaqda davam edir.

Bir müddət əvvəl vilayət rəhbərliyi uşaqların yay düşərgələrinə getməsini qadağan etmişdi.

Hazırda virusun yayılma mənbəyi ilə bağlı araşdırmalar aparılır.