Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın, sakinlər təxliyə edilib


Digərləri 03 İyn 2019 22:23:00 222 0

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın, sakinlər təxliyə edilib

Sumqayıtda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında 50 p.m elektrik kabeli və məişət tullantıları yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.