Azərbaycanda 1357 itmiş sənəd tapılaraq təhvil verilib


Digərləri 03 İyn 2019 22:00:00 233 0

Azərbaycanda 1357 itmiş sənəd tapılaraq təhvil verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən “Poçtap” xidməti artıq 2 ildir sənədini itirənləri sevindirir.

Bakı. Elçin Mehdiyev - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən “Poçtap” xidməti artıq 2 ildir sənədini itirənləri sevindirir. MMC-dən Trend-ə verilən məlumata görə, “Poçtap” sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır. Bu günə qədər "Azərpoçt"un filial və şöbələrində 1357 sənəd qəbul olunub. Sahibinə çatdırılan sənədlərin sayı 433, aidiyyatı üzrə qurumlara təhvil verilən sənədlərin sayı isə 920-dir. Hal-hazırda poçt filialları və şöbələrində 4 sənəd sahibini gözləyir. Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyatı orqana təhvil verilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olan sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır. Şəxsin kontaktları tapılarsa həmin şəxslə əlaqə yaradılır.