Qara pomidor qeyriadi tərəvəzin inanılmaz faydaları


Digərləri 03 İyn 2019 21:41:00 234 0

Qara pomidor  qeyriadi tərəvəzin inanılmaz faydaları

Bəziləri hesab edir ki, qara pomidorun yetişdirilməsi üçün adi pomidorun genləri dəyişidirilib.

Lakin bu belə deyil, bu pomidor növü hələ sovet vaxtından tanınır və seleksiya işlərinin nəticəsidir. Yabanı qara pomidorlar Cənubi Afrikada yetişir.

Qara pomidorların çoxlu sayda növləri var, onların rəngi tünd bənövşəyidən, qəhvəyi və qaraya qədər ola bilər. Azərbaycanda da bu növlər yetişdirilir. 

Belə hesab olunur ki, adi qırmızı pomidorla müqayisədə qara pomidor qat-qat daha faydalıdır. Onun tərkibində antioksidant  maddələri və vitaminlər daha çoxdur. Bu səbəbdən qara pomidorun bir çox üstünlükləri var:

1. Son.az saglamolun.az-a istinadən bildirir ki, qara pomidorun dadı adi qırmızı pomidorla müqayisədə daha xoş və şirindir.

2. Antosian maddələri ilə zəngin olan qara pomidorlar damarların divarlarını möhkəmləndirir, ürək-damar xəstəliklərinin riskini azaldır. Məhz antosianlar qara pomidora tünd rəng verir.