Ürək xəstələri ağ geyinməli, teztez və azaz yeməlidir


Digərləri 03 İyn 2019 21:50:00 303 0

Ürək xəstələri ağ geyinməli, teztez və azaz yeməlidir

Ürək xəstəliklərindən əziyyət çəkən şəxslər yayda açıq rəngli geyimlər geyinməlidir. Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Ürək-Damar cərrahı Bigür Sönməz danışıb.

O, qeyd edib ki, belə xəstələr isti havalarda ağ və gen geyimlər geyinməlidir. "Az-az və tez-tez yemək yeməli , bol karbohidratlı, yağlı qidalardan uzaq durmalıdırlar"-deyən Sönməz bildirib ki, məsuliyyətləri çoxaldığı üçün gənclərdə infarkt riskləri artıb.

Onun sözlərinə görə, erkən diaqnoz və müalicələr sayəsində ürək çatışmazlığından ölüm sayı azalıb.

"Ürək xəstəliklərindən əlil olma faktları da azalıb. Ancaq xəstəliklər artıb. Çünki erkən diaqnoz qoyulur"- həkim bildirib.