Qaraciyər üçün ən ziyanlı 3 məhsul Uzaq durun!


Digərləri 03 İyn 2019 21:30:00 242 0

Qaraciyər üçün ən ziyanlı 3 məhsul  Uzaq durun!

Qaraciyər çox güclü və özü özünü bərpa edə bilən orqandır.

Lakin qidalanmada bəzi məhsulların çox olması bu orqanın sağlamlığına ciddi ziyan vura, pozulmaların inkişafına səbəb ola bilər.

Son.az saglamolun.az-a istinadən qaraciyər üçün ən ziyanlı 3 məhsulun adını açıqlayır.

1. Şəkər

Şəkərin rasionda həddindən artıq olması qaraciyərin piylənməsinə səbəb ola bilər. Artıq şəkər piyə çevrilir və hepatositlərin (qaraciyərin hüceyrələri) daxilində toplanır. Belə hepatositlər öz funksiyalarını itirir. Qaraciyərin piylənməsi gələcəkdə sirrozun inkişafına şərait yaradır.

2. Transyağlar, marqarin

Transyağlar hüceyrələrin normal qidalanmasını pozur, onların "çirklənməsinə" səbəb olur. Bu orqanizmin bütün hüceyrələrinə və o cümlədən qaraciyərin hüceyrələrinə aiddir.

Təəssüf ki, transyağlar müasir insanlar istehlak etdiyi bir çox qidalarda var. Bu xüsusilə fast-fud qidalarına, hazır qidalara (peçenye, vafli, çipsi, müxtəlif souslar və s.) aiddir.