Dünyanın ən böyük “Quran”ı nümayiş olundu


Dünya 03 İyn 2019 21:14:00 274 0

Dünyanın ən böyük “Quran”ı nümayiş olundu

Türkiyədə iriölçülü "Quran" kitabı sərgilənib.

Son.az Oxu.az-a istinadən bildirir ki, Türkiyənin Dəyanət Vəqfi tərəfindən hər il Ramazan ayında təşkil olunan 38-ci Türkiyə Kitab və Mədəniyyət sərgisində İstanbulun Böyük Çamlıca məscidində nümayiş olunan "Quran" böyük marağa səbəb olub.

Kitabın ağırlığı 70 kq təşkil edir. Ölçüsü 71X98 sm, qalınlığı isə 9 sm-dir.

Bununla da Türkiyədə ən böyük "Quran"ı ərsəyə gətirən mətbəəçi Mustafa Cüflük deyib:

"Müqəddəs kitabın ilk ayəsində deyildiyi kimi, "Quran" divardan asılmaq üçün deyil, oxumaq üçün nazil olub".


Xəbərə aid fotolar