Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir


Siyasət 03 İyn 2019 21:15:00 222 0

Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Əlamətdar bayramınız - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafın, tibbin, təhsilin və elmin bütün istiqamətlərində böyük nailiyyətlər qazanıb. Biz Azərbaycan Respublikası ilə Seçenov Universitetinin əməkdaşlığına görə ürəkdən şadıq.

Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına möhkəm cansağlığı, firavanlıq və rifah diləyirəm".

XXX

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Hae Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə dost Azərbaycanın hökumətinə və xalqına səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dərin tarixə malik ənənəvi dostluq və əməkdaşlıq münasibətləri hər iki ölkənin xalqlarının istək və arzularına uyğun olaraq daha möhkəmlənəcək və inkişaf edəcək.

Sizə ölkənizin xalqının firavanlığı və rifahı naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzu edirəm".

XXX

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Jose Qratsiano Da Silva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləyirəm".