Bayram günlərində hava necə olacaq?
Digərləri 03 İyn 2019 19:58:00 234 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bayram günlərində gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Bakı. Samir Əli -
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bayram günlərində gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 5-də hava günəşli olacaq. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq.
İyunun 6-da hava dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.
Mənbə: az.trend.az