Bakı metrosunda 2 yeni ventilyatorun quraşdırılması başa çatdı


Digərləri 03 İyn 2019 19:34:00 210 0

Bakı metrosunda 2 yeni ventilyatorun quraşdırılması başa çatdı

Bakı metropoliteninin stansiyaları üçün gətirilən 7 yeni havalandırma ventilyatorundan 2-nin quraşdırılması başa çatıb.

Son.az bildirir ki, bunu Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq Bakıya gətirilən yeni ventilyatorlardan biri "Memar Əcəmi" stansiyasında quraşdırılıb:

"İyunun 4-də həmin ventilyator "Memar Əcəmi" stansiyasında işə salınaraq təqdimat mərasimi keçiriləcək. Gətirilən 7 ventilyatordan daha biri metronun "Qara Qarayev" stansiyasında quraşdırılıb".