Avtomobildə qaz partladı - 7 yaralı


Digərləri 03 İyn 2019 19:34:00 241 0

Avtomobildə qaz partladı - 7 yaralı

Dağıstanın Çaroda rayonunda avtomobildə qaz partlayışı baş verib

Bakı. Dağıstanın Çaroda rayonunda avtomobildə qaz partlayışı baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında uşaqlar da var. Bir nəfərin vəziyyəti ağır olaraq dəyərləndirilir. Zərər çəkənlər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.