Klublararası dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşdi


İdman 03 İyn 2019 17:47:00 293 0

Klublararası dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşdi

2019 və 2020-ci illərdə futbol üzrə klublararası dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.

Goal.az "Associated Press"ə istinadən xəbər verir ki, növbəti iki turnir Qətərdə təşkil olunacaq.

Yarışlar 2022-ci il ölkədə keçiriləcək dünya çempionatına hazırlıqların bir hissəsi olacaq. 2017 və 2018-ci ildəki mundial BƏƏ-də keçirilib.

Klublararası dünya çempionatı hər ilin dekabrında 7 komandanın iştirakı ilə təşkil olunur.

FIFA mart ayında turnirin formatını dəyişib. 2021-ci ildən iştirakçıların sayı 7-dən 24-dək artacaq.