Avtomobildən 1,5 ton narkotik tapıldı


Dünya 03 İyn 2019 17:29:00 309 0

Avtomobildən 1,5 ton narkotik tapıldı

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin keçirilən iki əməliyyat nəticəsində 2 avtomobildən 1,5 ton narkotik maddələr aşkarlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayəti hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri polis informasiya portalına verdiyi açıqlamada deyib.

M.Qənbərinin sözlərinə görə, Xaş və İranşəhr rayonlarında əməliyyatlar keçirilib. O, bir avtomobildən 874 kq-dan, digər avtomobildən isə 669 kq-dan çox tiryəkin aşkarlandığını deyib.

Narkotik qaçaqmalçılarından 1 ədəd odlu silah (Kalaşnikov) və sursat götürülüb, 3 qaçaqmalçı saxlanılıb.