AZAL yeni təyyarələr almaq üçün danışıqları davam etdirir


Digərləri 03 İyn 2019 17:03:00 227 0

AZAL yeni təyyarələr almaq üçün danışıqları davam etdirir

“Boeing 737 Max-8” təyyarələrinin alınmasına dair “Boeing” Korporasiyası ilə müqavilə üzrə danışıqlar davam etdirilir.

Bakı. Elçin Mehdiyev - “Boeing 737 Max-8” təyyarələrinin alınmasına dair “Boeing” korporasiyası ilə müqavilə üzrə danışıqlar davam etdirilir. AZAL-dan Trend-ə verilən məlumata görə, imzalanmış müqavilənin həyata keçirilməsinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır. ⠀⠀ Müqavilə üzrə ilkin ödənişlər artıq olunub. Bu ödənişlər 2024-cü ildə “Boeing” korporasiyası tərəfindən nəzərə alınacaq. ⠀⠀ Onu da qeyd edək ki, hal-hazırda yeni geniş füzelyajlı təyyarələrin alınması üçün “Boeing” şirkəti ilə danışıqlar aparılır. ⠀⠀ Hələlik isə, “Azərbaycan Hava Yolları” mövcud təyyarə parkından aktiv istifadə edəcək. ⠀⠀ “Azərbaycan Hava Yolları” dünyada təyyarəqayırma sahəsində çalışan liderlərin – “Boeing”, “Airbus” və “Embraer” - təyyarələrindən istifadə edir.