BMW 320 min avtomobili geri çağırır


Digərləri 03 İyn 2019 15:57:00 222 0

BMW 320 min avtomobili geri çağırır

Almaniyanın məşhur istehsalçısı BMW Çin bazarında satdığı 320 min avtomobili mühərrik qüsurlarına görə geri çağırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb. Bildirilir ki, avqustun sonundan etibarən 174 min Çin istehsalı və 145 mindən çox idxal edilmiş BMW avtomobilinin geri çağırılmasına başlanılacaq.

Administrasiyanın mütəxəssisləri hesab edir ki, karterin havalandırma sisteminin klapanlarının hazırlanmasında istifadə olunan nasaz materiallar və istehsal səhvləri həddən artıq qızmaya və yanğına səbəb ola bilər.

BMW nasaz detalları öz hesabına dəyişəcəyini bəyan edib.