AzMİU-da yaz imtahan sessiyası başlayıb (FOTO)


Digərləri 03 İyn 2019 15:45:00 163 0

AzMİU-da yaz imtahan sessiyası başlayıb (FOTO)

İyunun 3-dən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin imtahan sessiyasına start verilib.

Bakı. İyunun 3-dən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin imtahan sessiyasına start verilib. Universitetdən Trend-ə verilən məlumata görə, imtahan sessiyası iyulun 1-dək davam edəcək. İmtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə uyğun yazılı, test üsulu ilə və qabiliyyət tələb edən fənlər üzrə ənənəvi qaydada keçiriləcək. 2018-2019-cu tədris ilinin payız imtahan sessiyasını Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətəndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tənzimləyici əmr imzalayıb. Əmrə əsasən, yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə rektorun əmriylə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb. İmtahan biletlərinin çap olunması, qruplar üzrə komplektləşdirilməsi və nəzarət qrupuna təqdimatı, yoxlama prosesinə nəzarət, şifrələrin açılması və s. üzrə yaradılan işçi qrupuna bakalavr səviyyəsi üzrə Tədris şöbəsinin baş müfəttişi Mehdi Soltanov, magistratura səviyyəsi üzrə Magistratura mərkəzinin rəhbəri Rövşən Səmədov rəhbərlik edəcək.