Azərbaycan AŞPA-nın komitə iclasında təmsil olunacaq


Digərləri 03 İyn 2019 15:30:00 214 0

Azərbaycan AŞPA-nın komitə iclasında təmsil olunacaq

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən iyunun 6-na kimi Serbiyanın paytaxtı Belqrada səfərə gedecək.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən iyunun 6-na kimi Serbiyanın paytaxtı Belqrada səfər edəcək. Trend-in məlumatına görə, millət vəkili iclasda çıxış edərək fikirlərini səsləndirəcək. S.Qafarova iyunun 6-dan 8-nə kimi isə Parisdə səfərdə olacaq. O, Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyi ilə əlaqədar ölkəmizdə qadın hərəkatına, qadın hüquqlarının tarixinə və perspektivlərinə həsr olunmuş elmi konfransda iştirak edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin