Bakıda qadın özünü 11ci mərtəbədən atdı


Kriminal 03 İyn 2019 15:30:00 224 0

Bakıda qadın özünü 11ci mərtəbədən atdı

İyunu 2-də Bakıda 35 yaşlı qadın 11 mərtəbəli binanın pəncərəsindən özünü atıb.

Son.az xəbər verir ki, bu barədə Oxu.az-a Nizami rayon Prokurorluğundan məlumat veriblər.

Onun Rübabə Əbülqasım qızı Muradova olduğu bildirilir.

Hadisə saat 09:00 radələrində Özbəkistan küçəsində qeydə alınıb.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

İlkin məlumata əsasən, intihar ailə-məişət problemi zəminində baş verib.