Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı


İdman 03 İyn 2019 15:16:00 296 0

Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin səfərdə Lixtenşteyn yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb. 

Goal.az-ın məlumatına görə, qarşılaşmanı Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Tim Marşalla yan xətt hakimləri Pol Robinson və Stiven Donaldson köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Şeyn Endryus yerinə yetirəcək. 

Qeyd edək ki, Lixtenşteyn - Azərbaycan qarşılaşması iyunun 6-da Eşen şəhərindəki "Sportpark Eşen-Mauren" stadionunda keçiriləcək.