Ruhi Əliyeva uşaqları sevindirdi


Şou-biznes 03 İyn 2019 15:16:00 1038 0

Ruhi Əliyeva uşaqları sevindirdi

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə "Mənə dünyanı çək" adlı rəsm müsabiqəsinin yekunu ilə bağlı sərgi keçirilib.

Son.az axşam.az-a istinadən xəbəreverir ki, "Liatris Holding"in təşkilatçılığı ilə baş tutan müsabiqəyə Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı dəstək olub.

Sərgiyə 150-dən artıq əsər təqdim edilib. Münsiflər heyətində Mədəniyyət Nazirliyinin təsviri incəsənət şöbəsinin əməkdaşı Anar Qurbanov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva, əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, Xalq artisti Fidan Hacıyeva və rəssam Milena Nəbiyeva yer alıblar.

Aparıcılığını Azər Süleymanovun etdiyi tədbirdə ilk olaraq Ruhi Əliyeva çıxış edib. O, münsiflərə təşəkkürünü bildirərək, təqdim olunan rəsm əsərlərindən danışıb:

"Münsiflərimizin işləri çox olsa da, bizi bu müsabiqədə tək qoymadılar. Çox maraqlı mövzularda rəsmlər təqdim olundu. Bəzi ailələr övladının rəqqasə, sənətçi olmağından çəkinir. Hətta şahidi olmuşam ki, valideynlər uşağın rəssam olmasına imkan yaratmayıblar. Uşaqları bu istəklərdən çəkindirməyin. Onlara dəstək olun. Müsabiqəmizin məqsədi də uşaqların incəsənət sahəsində istedadlarını üzə çıxarmaqdır. Çox rəsmlər gəldi, hamısını bir-bir izlədik".

Xalq rəssamı Ağəli İbrahimov müsabiqəyə təqdim edilən əsərlərin mövzusundan söz açıb:

"Çox gözəl bir iş ortaya qoyulub. Dünyanın ən önəmli varlıqlarını sevindirdik. Hər bir əsər maraqlıdır. Həm bizim qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin rəsmləri, həm də başqa dövlətlərin tarixi ilə bağlı hadisələrin əks olunduğu əsərlər var".