Zirə-də ayrılıq


İdman 03 İyn 2019 15:03:00 300 0

Zirə-də ayrılıq

"Zirə" klubu futbolçusu Vüqar Mustafayevlə yollarını ayırıb.

Goal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. Qəsəbə təmsilçisi oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Vüqar Mustafayev 2016-cı ildən "Zirə"də çıxış edib. O, komandanın heyətində meydana çıxdığı 89 oyunda 1 dəfə fərqlənib.