"Kişi üstündə dava edənlər camaata namusqeyrət dərsi keçirlər"


Şou-biznes 03 İyn 2019 15:07:00 238 0

"Kişi üstündə dava edənlər camaata namusqeyrət dərsi keçirlər"

"Hər şey daxil"in aparıcısı Tarix Əliyev (Tolik) efirdə növbəti sərt açıqlaması ilə diqqətləri üzərinə çəkib.

Son.az xəbər verir ki, bu dəfə aparıcının hədəfi adını açıqlamadığı bəzi sənətkarlar olub.

Tolik emasional şəkildə həmin sənətkarları gənclərin yolunu kəsməkdə ittiham edib:

"Yaxşı ağsaqqallar var ki, onların qarşısında baş əyirik. Bəzi sənətkarlarımız da var ki, yaşları böyükdür. Onların sənətlərinə hörmət edirəm, amma şəxsiyytlərinə hörmət eləmirəm. 40 yaşım olacaq bu gün, sabah. Bu mənim şəxsi fikrimdir. Kim məni qınayır qınasın. Bəzi sənətkarlar var ki, onların şəxsiyyəti yoxdur! Ona görə də sənətiniz xalqa məxsusdur, şəxsiyyətiniz özünüzə. Şəxsiyyətiniz formalaşmayıb. On adam tərifləsin sizi, amma özünüz evdə gedib oturanda necə şəxsiyyətsiz olduğunuzu görürsünüz. Çünki, cavanların yolunu kəsirsiniz, cavanlara iftira atırsınız. Özünüz cavanlıqda etdiyiniz min hərəkətləri yaddan çıxarmısınız. Çünki sizin zamanda instaqram, "maqazin" verilişləri yox idi ki, çəkib qoysunlar. Özünüz kişi üstündə dava edirsiniz, amma çıxıb camaata namus-qeyrət dərsi keçirsiniz. Ona görə də sizin şəxsiyyətiniz mənim üçün yoxdur. Sənətiniz var, amma sizə sənətkar deyəndə o demək deyil ki, gəlib boynumuzda oturmalısınız".