Nəzakət Teymurova plastik əməliyyat etdirib? FOTO


Şou-biznes 03 İyn 2019 14:58:00 720 0

Nəzakət Teymurova plastik əməliyyat etdirib?  FOTO

Xalq artisti Nəzakət Teymurova son günlər sosial şəbəkənin aktiv istifadəçilərindən olub. Hər gün yeni fotolar paylaşan xanəndənin görünüşündəki dəyişiklik diqqət çəkib. Bir çox izləyicisi isə ona plastik əməliyyat etdirməsi ilə bağlı suallar ünvanlayıb.

Son.az xəbər verir ki, axşam.az-a açıqlama verən müğənni görünüşündəki dəyişikliklərdən bəhs edib. Teymurova bildirib ki, heç bir plastik müdaxilə etdirməyib:

"Son günlər görünüşümün dəyişməsi səbəbsizdir. Hər qadın özünə baxmalıdır. Stilim üzərində Elnur Həsənov çalışır. Plastik əməliyyata normal baxıram, amma etdirməmişəm. Ehtiyac olsa, gələcəkdə mən də etdirərəm.

Sənət adamları baxımlı olmalı, hər zaman gözəl görünməlidir. Tamaşaçı qarşısında estetik tərəfdən çox gözəl olmalıyıq".

N.Teymurova "Estrada müğənniləri tez-tez qalmaqallarla gündəmə gəlir. Muğam ifaçıları arasında isə çox nadir hallarda mübahisəyə rast gəlinir" sözlərinə belə cavab verib: 


Xəbərə aid fotolar