Millətlər Liqasında VAR-dan istifadə olunacaq


İdman 03 İyn 2019 14:21:00 209 0

Millətlər Liqasında VAR-dan istifadə olunacaq

UEFA Millətlər Liqasında ilk dəfə Video-Köməkçi Hakim (VAR) texnologiyasından istifadə ediləcək. 

Goal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, iyunun 5-də start götürəcək final mərhələsinə təsadüf edəcək. Artıq UEFA Millətlər Liqasında finala yüksələn milli komandaların baş məşqçiləri ilə birifinq keçirib. 

UEFA Hakimlər Komitəsinin rəsmisi Roberto Rozetti sistemin necə işlədiyi barədə ətraflı məlumat verib.