Uşağını baxıcıya verib qaçan qadın tapıldı


Digərləri 03 İyn 2019 13:00:00 204 0

Uşağını baxıcıya verib qaçan qadın tapıldı

Azərbaycanda azyaşlı uşağını baxıcı yanına qoyub yoxa çıxan qadın tapılıb. 

Son.az xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, azyaşlının anası polis bölməsinə gələrək izahat yazıb: 

"O bildirib ki, iki ildir həyat yoldaşından ayrılıb və o, uşağa aliment vermir. Bu səbəbdən işləməyə məcbur olduğu üçün uşağı baxıcı yanına qoyub gedib".

Kəmalə Ağazadə bildirib ki, uşaq hələ anasına verilməyib:

"Azyaşlı ilə bağlı profilaktik işlər aparılır. Uşaq İcra Hakimiyyətinin qəyyumluq komissiyasına veriləcək. Onlar uşağın anaya verilib-verilməməsi barədə qərar qəbul edəcəklər".