Lənkəran sakinindən sənədsiz ov tüfəngi götürülüb


Digərləri 03 İyn 2019 13:00:00 244 0

Lənkəran sakinindən sənədsiz ov tüfəngi götürülüb

Lənkəran rayon sakinində sənədsiz ov tüfəngi aşkar olunub.

Bakı. Lənkəran rayon sakinində sənədsiz ov tüfəngi aşkar olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aşağı Nüvədi kənd sakini Ə.Cavadovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.