Bu ölkədə itburnu qadağan edildi


Digərləri 03 İyn 2019 12:51:00 252 0

Bu ölkədə itburnu qadağan edildi

Finlandiyanın Kənd və Meşə Təsərrüfatı Nazirliyi itburnunu zərərli bitkilər siyahısına daxil edib

Bakı. Finlandiyanın Kənd və Meşə Təsərrüfatı Nazirliyi itburnunu zərərli bitkilər siyahısına daxil edib. Trend-in məlumatına görə, iyunun 1-dən başlayaraq bu bitkinin ölkə ərazisində əkilməsi, idxalı və satışı qadağan edilib. Hökumət bağlarda, parklarda, yol kənarlarında bu bitkilərin məhv edilməsini tövsiyə edib. İri plantasiyaların məhv edilməsi üçün isə texnika ayrılacaq.