DİN 2 qardaşın faciəsi ilə bağı açıqlama yaydı


Digərləri 03 İyn 2019 12:05:00 227 0

DİN 2 qardaşın faciəsi ilə bağı açıqlama yaydı

Şamaxı şəhəri ərazisində "VAZ-21214" və "Shacman" markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyunun 1-də saat 16 radələrində Şamaxı şəhəri ərazisində Quşçu kənd sakini Ramil İsmayılovun idarə etdiyi "VAZ-21214" və Qobustan rayon sakini Ramil Şahverdiyevin idarə etdiyi "Shacman" markalı avtomobillər toqquşub.

Nəticədə R.İsmayılov və sərnişini, qardaşı Rasim hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.