Öz qızını zorlamaqda təqsirli bilinən atanın


Kriminal 03 İyn 2019 11:43:00 202 0

Öz qızını zorlamaqda təqsirli bilinən atanın

Qızını zorlamaqda təqsirli bilinən Aydın Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə hazırılıq iclası hakim Dadaş İmanovun sədrliyi ilə iyun ayının 12-də keçiriləcək.

Məlumatına görə, Aydın Ələkbərov qızı Rənanı (ad şərtidir) xeyli müddət seksual xarakterli zorakılıq əməllərinə məruz qoyması və onun köməksiz vəziyyətdə olmasından istifadə edərək zorlaması faktına görə təqsirli bilinib. Ona qarşı Cinayət Məcəlləsinin 149.2.5-ci (Zorlama - təkrar törədildikdə) və 150.2.5-ci (Seksual xarakterli zorakılıq hərəkətləri - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.