“O videodan sonra hamı yazdı ki, daha məni öpmə”


Şou-biznes 03 İyn 2019 11:47:00 335 0

“O videodan sonra hamı yazdı ki, daha məni öpmə”

Tanınmış aparıcı Leyla Mustafayeva sosial şəbəkələrdə paylaşdığı və tənqidlərə məruz qalan görüntülərinə münasibət bildirib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Cənubi Koreyada olarkən İnstaqram-da yaydığı osminoq yeyən videosuna mənfi rəy yazanlara cavab verib:

"Yediyim qurd deyildi, osminoqdur. O videodan sonra hamı yazdı ki, daha məni öpmə. Belə gündəm yaradacağını gözləmirdim. Çünki bunu normal qəbul edirəm və səfərlərə gedən zaman dəniz məhsulları yeyirəm. Canlı deyil, az bişmişdi. Çox çeynədim, çünki belə etmək lazımdır. Həm də dadlı idi. Hələ Yaponiyada ilbiz yemişdim. Onu çox qəşəng qovurdular, duz-istiot vurdular. Ləzzətli idi". 


Xəbərə aid fotolar